skip to Main Content

Ən çox verilən suallar

İshal başqa bir xəstəliyin əlaməti olmaqla yanaşı, özü də tək başına bir xəstəlik ola bilər. İshal, zamanına görə kəskin və ya xroniki olaraq ikiyə bölünməkdədir. Kəskin ishal 4 həftədən az və adətən infeksiya səbəbindən yaranır. 4 həftədən daha çox çəkən ishala isə xroniki ishal deyilir və mütləq qastroenteroloq tərəfindən səbəbi araşdırılmalıdır. Xroniki halın səbəblərinə Çölyak xəstəliyi, Kolit, Kron xəstəlikləri, mədəaltı vəzin ferment çatışmazlığı, nazik bağırsaq florasının pozulması, infeksiyalar, xronik pankreatit, xərçəng və s. aid ola bilər. Müalicə ishalı yaradan səbəbi aradan qaldırmaqla yerinə yetirilməkdədir.

Qəbizlik bağırsaq ritminin pozulması nəticəsində ortaya çıxan bir şikayətdir. Əgər uzun müddətdir ki, qəbizlikdən əziyyət çəkirsinizsə, çəki itkisi, şiddətli qarın ağrısı və nəcisdə qan gəlməsi mövcuddursa, mütləq bir qastroenteroloq müayinəsinə yazılmalısınız. Çünki bu kimi şikayətlər bağırsaq xərçəngi əlamətləri ola bilər və mütləq kolonoskopiya icra edilməlidir. Bundan başqa digər səbəblərdən yaranan qəbizlik isə dərman terapiyası, nəfəs məşqləri və dietanın planlaşdırılması ilə müalicə edilə bilər.

Həzm sistemi qanaxmaları onikibarmaq bağırsaq və ondan yuxarı olan şöbələrə aiddirsə, bu üst həzm sistemi qanaxmaları, daha aşağı seqmentlərdən qaynaqlanırsa isə aşağı həzm sistemi yollarının qanaxması adlandırılır. Üst seqmentlərin qanaxmasının ən çox görülən səbəbi mədə və onikibarmaq bağırsaq xoralarının qanaxmasıdırsa, aşağı seqment qanaxmalarının ən sıx rast gəlinən səbəbi yaşa bağlı olaraq babasil (hemoroy) və damar malformasiyasıdır. Xoş və bədxassəli xərçənglər də qanaxma səbəbi ola bilərlər. Mədə-bağırsaq qanaxmaları qastroenteroloq həkimlər tərəfindən adətən endoskopik və kolonoskopik üsullarla uğurla müalicə edilə bilməkdədir.

Dispepsiya yemək sonrası dolğunluq hissi, qarının üst hissəsində ağrı və ya yanma hissi şəklində izah edilə bilər. Bu əlamətlərdən biri və ya hər ikisi eyni anda görülə bilməkdədir. Bu kimi şikayətlər görüldüyü zaman belə əlamətlərə səbəb ola biləcək xəstəliklər qastroenteroloqlar tərəfindən araşdırılmalıdır. Ümumi müayinə, laborator analizlər, USM, endoksopiya və s. diaqnozu təsdiqləməkdə yardımçı ola bilirlər. Dispepsiyanın müalicəsi dərmanlarla mümkün ola bilməkdədir. Lakin ən dəqiq qərarı yalnızca həkiminizin özü verə bilər.

I am text block. Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. I am text block. Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. I am text block. Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Həkimə ünvanlamaq istədiyiniz sualınız var?

Back To Top