skip to Main Content
Qıcıqlanmış Bağırsaq Sindromu

Qıcıqlanmış bağırsaq sindromu

Qıcıqlanmış bağırsaq sindromu nədir?

Qıcıqlanmış bağırsaq sindromu bağırsaqlanrın lazımi formada işləməsini əngəlləyən bir xəstəlikdir. Qəbizlik, ya da ishal, şişkinlik və mədə ağrısına səbəb olur. Bu narahatlıqların səbəbi dəqiq bilinməsə də yaranma səbəbi insandan insana fərqlənir.

Qıcıqlanmış bağırsaq sindromu ən çox yayılmış bağırsaq xəstəlikləri sırasındadır və dünya əhalisinin 7 faizində rast gəlinir. Qadınlarda xəstəliyin rastgəlməsi kişilərə nisbətən 2 dəfə daha çoxdur.

Qıcıqlanmış bağırsaq sindromu hansı əlamətlərlə özünü göstərir?

Qıcıqlanmış bağırsaq sindromu xəstələrdə narahatlığa və sıxıntıya səbəb olsa da, bağırsaqlara ciddi bir zərər vermir, qanaxmaya və xərçəngə səbəb olmur. Bu xəstələr sosial mühitlərə girməkdən qaçır, işə getməkdən çəkinir və ya bəzən xəstəliyin səbəb olduğu ishal və ya qəbizlik kimi səbəblərdən, səyahət etməkdən qorxa bilir. Amma bu xəstəlik diet, stress nəzarəti və həkimlər tərəfindən məsləhət görülən dərman müalicəsi ilə nəzarət altında tutula bilər. Həkimlər orqanik bir səbəbə rast gəlmədiklərindən qıcıqlanmış bağırsaq sindromunun əsasən stressdən yarandığını düşünürlər. Bu xəstələrdə yoğun bağırsaq əzələləri çox kiçik bir qıcıqdan sonra belə yığılmaya başlaya bilər. Qidalanmaq və ya yoğun bağırsaqdakı qaz və ya nəcisin səbəb olduğu şişkinlik xəstələrdə həddindən artıq narahatlığa səbəb olur. Şokolad süd məhsulları və həddindən artıq alkoqol xəstələrin vəziyyətini pisləşdirə bilər. Əgər xəstələrdə temperatur, çəki itkisi və davamlı ağrılar varsa, bu başqa xəstəliklərin inkar edilməsini tələb edir. Bu halda həkim fiziki müayinə və laboratoriya testlərinə müraciət edir. Qanaxmanın olub-olmadığını müayinə etmək üçün nəcis test edilir. Əgər xəstəliyin diaqnozu dəqiqləşdirilirsə, stress azaltma terapiyası xəstəliyin əlamətlərini azaltmağa kömək edir.

Müalicə üsulları

Xəstələrin əksəriyyətində düzənli bir diet qıcıqlanmış bağırsaq sindromunun əlamətlərini azaldır. Dieti dəyişdirmədən əvvəl hansı qidaların xəstədə narahatlığa səbəb olduğu qeyd edilməli və həkimə bildirilməlidir. Bir çox xəstələrdə lifli pəhriz qidaları xəstəliyin əlamətlərini azaldır. Taxıllar, lobya, meyvə və tərəvəzlər bu qidalardandır. Yüksək lifli pəhriz yoğun bağırsağın şişkin qalmasına səbəb olur və bu da yığılmaları azaldır. Yüksək lifli dietlər qaza və şişkimliyə səbəb olsa da, bir neçə həftə içində orqanizmin dietə uyğunlarması ilə birlikdə xəstələrin vəziyyəti yüngülləşir.

Back To Top