skip to Main Content
Qastroezofagial Reflüks Xəstəliyi

Qastroezofagial reflüks xəstəliyi

Qastroezofagial reflüks nədir?

Reflüks insanların təxminən 20 faizində rast gəlinən bir xəstəlikdir. Reflüks yaranması qadınlarda və kişilərdə eyni nisbətdədir və bir fərqlilik yoxdur. Reflüks tez-tez xora xəstəliyi ilə səhv salınsa da ayrı-ayrı xəstəliklərdir. Reflüks olan xəstələrin ən qısa zamanda bir qastroentereloq həkimə müraciət etmələri mütləqdir.

Reflüks xəstəliyi nədir?

Mədə şirəsinin (turşusunun) patoloji formada mədədən qida borusuna geri axışı qastroezofagial reflüksdür. Xəstələr döş qəfəsinin arxasında yanma şikayəti ilə müraciət edə bilərlər. Reflüks bəzən qida borusunun arxasında yanma hissi ilə bərabər ağza qidaların və acı suyun gəlməsidir. Reflüks sıxlıqla qida qəbulundan sonra olur. Qastroezofagial reflüks xəstəliyi bütün dünyada olduğu kimi ölkəmizdə də tez tez rastgəlinən xəstəlikdir.

Reflüks əlamətləri

Reflüks əlamətləri deyilərkən ağla gələn ilk şey istiotlu qidalar, şokolad, alkoqol və təzə meyvə suyu istifadə edildikdə artan şikayətlərdir. Mədədən boğaza doğru yayılan və daha dəqiq desək qida qəbulundan sonra yaranan yanma hissi ən çox rast gəlinən reflüks əlamətidir. Mədə möhtəviyyatının ağıza gəlməsi, udmanın çətinləşməsi də görülən digər önəmli əlamətlərdəndir. Ağrılı udqunma, gəyirmə, hıçqırıq, bulantı və qusma isə az rastgəlinən əlamətlərdir. Reflü öskürəyə, səs qırıqlığına, diş çürümələrinə və boğaz ağrısına səbəb ola bilər.

Reflüks müalicəsi necə aparılır?

Yuxarıda sadalanan şikayətlər reflü müalicəsinə başlamaq üçün yetərlidir. Mövcud şikayətləri əsas götürərək gastroezofagial reflü diaqnozu qoyula bilir. Diaqnoz qoymaq və xəstəliyin ağırlığını təyin eləmək üçün endoskopiya, pH ölçümü, kontraslı rentgenoqrafiya,manometrik araşdırmalar aparılır. Reflü müalicəsində ən önəmli noqtə həyat tərzində dəyişiklik etməkdən keçir. Reflü müalicəsində ilk mərhələdə ümumilikdə mədə turşuluğunu azaldan dərmanlar və həyat tərzində dəyişikliklərlə aparılır. Köklük qarındaxili təzyiqi artırıb mədəyə göstərdiyi təzyiqlə reflünü şiddətləndirir. Bu səbəbdən xəstələr arıqlamalı, siqareti tərgitməli və dar paltarlar geyinməməli, yağlı qidalardan və çox qızartmalardan, tomatdan, alkoqoldan, şokoladdan, nanədən, soğan və sarımsaqdan, kofedən uzaq durmalıdırlar.

Reflüks xəstələrində xərçəng riski!

Reflünün xalq arasındakı qorxulan ağırlaşması xərçəng inkişafıdır. Barret ezofaqus adlanan hüeyrəvi dəyişiklik buna şərait yaradır. Barret ezofaqusun inkifaşı bu xəstələrdə 3-20 faizə aralığındadır. Reflü birmənalı xərçəng yaradar deyə bilmərik lakin daim həkim nəzarətində qalmalıdır.

Back To Top