skip to Main Content
Qastrit Nədir, Qastritin əlamətləri Və Müalicəsi

Qastrit nədir, qastritin əlamətləri və müalicəsi

Qastrit nədir?

Qastrit hər yaşda və hər kəsdə rast gəlinə bilən bir xəstəlikdir və mədənin iç tərəfində (səthində) yerləşən mukoza təbəqəsinin iltihabı nəticəsində görülür. Əksərən yetkin şəxslərdə görülən bu xəstəlik çox insanın ortaq xəstəliyi halına gəlmişdir. Qastrit ilk olaraq mədədə şişlik, qarnın ətrafında ağrı, bulantı, qusma ilə başlayıb davamında gərginlik ilə özünü biruzə verir. Ancaq əlamətlər hər kəsdə eyni formada görülməyə bilər. Qida qəbulunun ardınca yaranan bulantı və yeməkdən diksinmə kimi hallar qastrit problemi olan insanların ortaq şikayəti vəziyyətinə gəlir.

Bu çox yayılmış bir xəstəlikdir, lakin mədə xorasına nisbətdə daha səthi hesab olunur. Ancaq müalicə olunmadıqda zamanla dərinləşib mədə xərçənginə və mədə xorasına səbəb ola bilər. Ümumi olaraq bakterial infeksiya nəticəsində yaranan qastrit düzənli ve nəzarət altında aparılan antibiotik müalicə ilə sağala bilər.

Qastriti yaradan səbəblər

Xəstəliyin yaranmasında Helikobakteri Pilori bakteriyasının rolu böyükdür. Əksərən inkişafda olan ölkələrdə görülən bu bakteriya xəstəliyin yaranmasında önəmli rol oynayır. Xüsusilə düzənsiz qidalanan, siqaret çəkən, alkoqol qəbul edən insanlarda mədə şirəsinin ifrazı artır və zamanla qastritin yaranmasına gətirib çıxarır. Yaşam tərzində stress çox olan insanlarda bu xəstəlik daha çox görülür. Düzənli həyat tərzi, sağlam qidalanma, stressdən uzaq bir həyat və idman xəstəlikdən qismən qorunmanı təmin edir.

Qastritin əlamətləri

Qastrit digər xəsftəliklərdə də olduğu kimi bir neçə əlamətlə özünü göstərə bilir. Bu əlamətlərdən ən çox görünəni həzm edə bilməmə şikayəti və mədə ağrısıdır. Sadəcə bu iki səbəb qastritin varlığını deməyə bəs edir. Bundan əlavə xəstələrdə qarın ağrısı, iştahsızlıq, yeməkdən diksinmə, mədə bulantısı olub-olmadığına baxılır. Qastrit yeni yaranmağa başlayırsa, fərqli əlamətlərlə də özünü göstərə bilir. Çox alkoqol qəbulu və aspirin istifadəsinə bağlı yaranan mədə ağrısı qastrit əlaməti olmaya bilər.

Qastritin müasir diaqnostikası

Xəstəliyin diaqnostikası ilk olaraq qastroenteroloq, yaxud terapevt tərəfindən qoyulur. Xəstəliyə diaqnoz qoymaq üçün müayinə aparılır, xəstənin hekayəsi (anamnezi) dinlənilir. İlk müayinədə diaqnoz qoyula bilmədisə, endoskopiya müayinəsi aparılır. Ancaq endoskopiya 40 yaşdan yuxarı insanlarda üstünlük verilir.

Qastritin müalicəsi

Müalicəyə başlamadan öncə xəstəliyin yaranma səbəbinə baxılır. Əgər səbəb mədə turşuluğunun artmasıdırsa, bu halda mədə turşuluğunu azaldan dərmanlar, antiasid dərmanlar verilir. Əgər səbəb H. Pilori bakteriyasıdırsa, bu halda iki fərqli antibiotiklə 14 gün antibakterial müalicə aparılır. Əgər xəstəliyə QSİƏM dərmanlar səbəb olursa, bu halda dərmanların istifadəsinin davamının vacibliyi yenidən düşünülür.

Back To Top