skip to Main Content
Kolit Xəstəliyi Nədir Və əlamətləri Hansılardır

Kolit xəstəliyi nədir və əlamətləri hansılardır

Kolit nədir?

Kolit – yoğun bağırsağın iltihabi xəstəliyinə kolit deyilir.  En çox rast gəlinəni isə xoralı kolitdir. Xoralı kolit bir çox xəstəliklə eyni xüsusiyyətlərə malikdir. Xəstəliyin klinikası, labarator göstəricilər, endoskopik müayinə və biopsiya, radioloji müayinələr və histopatolojik təhlil xəstəliyin diferensial diaqnostikasını aparmaqda vacibdir. Nazik bağırsaq və yoğun bağırsağın infeksiyaları, QİÇS, bağırsaq parazitləri, divertikul, xərçəng xəstəliyinin müaicəsində istifadə olunan radiasiya ilə bağlı yaranan radiasiya koliti, bir çox xəstəlikdə istifadə olunan antibiotiklər, bəzi revmatizm xəstəliyində istifadə olunan dərmanlar, bəzi revmatik xəstəliklər xoralı kolit bənzəri xəstəliklərə səbəb olur.Bu xəstəlik forması səbəbi bilinməyən və bağırsaqlarda xroniki iltihabi dəyişikliklərə səbəb olan stress, sıxıntı, siqaret, infeksiyalar kimi bir çox faktorla yaranan xroniki bağırsaq xəstəliyidir. Xəstəlik qadınlarda və kişilərdə eyni nisbətdə rast gəlinir və əsasən 15-30 yaşları arasında görülür. Qeyd etmək lazımdır ki, xəstəlik genetik keçiş göstərir, xəstə valideynlərin övladlarında rast gəlmə ehtimalı artır.

Kolitin əlamətləri hansılardır?

Xəstəlik bağırsağın ən alt qismində rektumda başlayır və yuxarıya doğru mukoza və submukozaya təsir göstərir. Bağırsaqlarda isə daha çox səthi təsirlər göstərir.  Bu xəstəlik daha çox yoğun bağırsaq sərhədlərində qalır. Bəzən xəstəlik bağırsağın bütün qatlarını tutaraq bağırsaq deşilməsinə, fistula və abseslərin yaranmasına səbəb olur. Xəstəlik səthi, orta və ağır formalarda görülür. Tutma şəkilli qarın ağrısı, qanlı-selikli ishal, tenezm, xəstəliyin orta və ağır formalarında isə bulantı, qusma, qızdırma, çəkinin azalması və iştahsızlığa səbəb olur.

Kolitli xəstələrin qidalanması necə olmalıdır?

Kolit xəstəliyinin kəskinləşməsi vaxtı xəstənin günlük qəbul etməli olduğu qidalar hazır solusiya formasında damar yolu ilə bağırsağın istirahət etməsinə şərait yaradıla bilər, ancaq bu üsul kəskin formalarda xəstəliyin geriləməsini təmin etdiyi halda xroniki formaya bir faydasının olduğu mübahisəlidir.

Back To Top