skip to Main Content
Kəskin Xolesistit Nədir

Kəskin xolesistit nədir

Kəskin xolesistit öd kisəsinin kəskin iltihabıdır.

Öd kisəsində inkişaf edən infeksiya nəticəsində öd kisəsinin divarında qalınlaşma və ödem yaranır. Xəstələrin böyük qismində səbəb öd daşlarıdır. Buna qarşılıq öd kisəsində daş olmadan da kəskin xolesistit yarana bilər lakin bu istisna bir haldır.

Ümümi bədən müqaviməti azalan bəzi xəstələrdə – yanaşı ağır xəstəlikləri olanlar, immunosupressiv yəni immun sistemini basqılayan dərmanlar qəbul edənlər, onkoloji xəstəliklərdən müalicə alanlarda da öd kisəsində daş olmadan kəskin xolesistit  rast gəlinə bilir. Xəstəliyin əlamətləri qarnın sağ üst qismində, kürəyə vuran, şiddətli qarın ağrısı, bulantı, qusma və qızdırmadır. Müayinə bu nahiyyələrdə həssaslıq artmış olur. Nadir hallarda sarılıq da görülə bilər.

Kəskin xolesistit təcili və ciddi bir haldır və xəstələr xəstəxanada yatızdırılmalıdır. Xəstəliyin ideal müalicəsi xolesistektomiyadır. Cərrahi müalicəyə əlavə olaraq geniş spektrlı antibitiklər verilir.

Back To Top