skip to Main Content
Hepatosteatoz – Qaraciyər Piylənməsi Nədir?

Hepatosteatoz – Qaraciyər piylənməsi nədir?

Hepatosteatoz nədir?

Hepatosteatoz – Qaraciyər yağlanmasını bildirən tibbi bir termindir. Yəni qaraciyərdə neçənci dərəcə yağlanma olduğunu göstərir. Qaraciyərdə yağlanmanın miqdarından asılı olaraq əlamətlər dəyişə bilər. Yüngül dərəcəli yağlanma çox zaman əlamət göstərməz və gələcəkdə başqa bir xəstəliyə səbəb olmaz. Yağlanmanın dərəcəsi artdıqca qaraciyərdəki zədə də artacaqdır. Qaraciyər yağlanması olan xəstələrdə xüsusilə ürək damar sistemi xəstəliklərinin rastgəlmə tezliyi yüksəkdir. Yağlanma və iltihabın birlikdə rast gəlindiyi steatohepatit daha təhlükəli bir xəstəlikdir. Qaraciyər çatışmazlığı və sirroza səbəb olma ehtimalı daha yüksəkdir. Onu qaraciyər yağlanmasından fəqləndirmək üçün biopsiya mütləqdir.

Hepatosteatozun səbəbləri

Uzun müddətli yüksək miqdarda alkoqol qəbulu xəstələrdə qaraciyər yağlanmasına steatohepatitə və sirroza səbəb ola bilər. Bununla birlikdə qadınlarda alkoqola bağlı qaraciyər xəstəlikləri daha sürətli inkişaf edir. Kişilərə nisbətən daha az dozada və qısa müddətli alkoqol qəbulunda belə sirroz riski yüksəkdir. Genetik faktorlar, alkoqolun növü, qidalanma və obezite kimi faktorlar alkoqolik qaraciyər xəstəlikləri riskini artırır. Bundan başqa hərəkətsiz həyat tərzi idman etməmək, şəkərli diabet, xolesterol yüksəkliyi, yuxu apnoesi, hipotiroid, hipopituarizm, polikistoz xəstəliyin yaranma ehtimalını artırır. Hepatosteatoz başlanğıcda heç bir əlamət göstərməz. Çox zaman halsızlıq, yorğunluq qarında narahatlıq hissi görünür. Qaraciyər yağlanmasında qaraciyər testləri çox zaman normal olsa da bəzi xəstələrdə az da olsa yüksələ bilər. Əgər yağlanma ilə birlikdə iltihab da varsa ALT və AST arta bilər. Alkoqolik qaraciyər yağlanmasında müalicə alkoqolun kəsilməsi ilə başlayır. Əgər alkoqol kəsilməzsə xəstəlik sirroza qədər irəliləyə bilər. Alkoqol ilə əlaqəli olmayan qaraciyər yağlanmasında həyat tərzi dəyişikliyi ən əhəmiyyətli müalicə üsuludur. Xəstələr yüksək fruktoza və qatı yağ tərkibli qidaları azaltmalı, nizamlı idman etməli, əgər artıq çəki varsa çəkinin azaldılması istiqamətində tədbirlər görülməlidir. E vitamini statinlər və bəzi şəkər dərmanlarının qaraciyər yağlanmasını azaltdığı güman olunur.

Back To Top